''Əkilməsinə icazə verdiyiniz nifrət toxumları bütün cəmiyyətinizi zəhərləyəcək”

28 Yanvar 2023 17:51 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropada artan İslamofobiya ilə bağlı bəyanat verib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Mövlud Çavuşoğlu deyib:“Alçaq hücumlar uca dinimiz olan İslamın və müqəddəs kitabımızın müqəddəsliyinə kölgə sala bilməz''.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Kopenhagendəki səfirliyi və Danimarkadakı məscidin qarşısında polisin mühafizəsi altında "Qurani-Kərim"in yandırılmasına reaksiya verib.
Avropada İslamofobiyanın ifrat həddə çatdığını vurğulayan Mövlud Çavuşoğlu deyib:“Alçaq hücumlar uca dinimiz olan İslamın və müqəddəs kitabımızın müqəddəsliyinə kölgə sala bilməz, əkilməsinə icazə verdiyiniz nifrət toxumları bütün cəmiyyətinizi zəhərləyəcək”.