"Qış Təlimi-2023" davam edir

28 Yanvar 2023 17:37 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Qış Təlimi-2023" təlimi Türkiyenin Qars şəhərində davam edir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Məlumata görə, təlimdə Almaniya, İtaliya, Azərbaycan, Qazaxıstan və İngiltərə də daxil olmaqla 17 ölkənin hərbi personalı iştirak edir.
Şəhərdə 1758 şəxsi heyətin iştirakı ilə keçirilən təlimdə 651 hərbi texnika və 23 müxtəlif diametrli 865 silahdan istifadə edilir.