Yunanıstan savaşa hazırlandığını bildirib

28 Yanvar 2023 17:32 (UTC+04:00)

Yunan təxribatlarına hər gün bir yenisi əlavə olunur. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros Xüsusi Əməliyyat Qüvvələri və Ordu Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının mərasimində çıxış edib. Yunanıstanın qeyri-hərbi Egey adalarının silahlanmasına reaksiyasını xatırladan Floros Türkiyəni hədəf alıb.

Açıqlamalarında prezident Ərdoğanın "Bir gecə qəflətən" sözlərinə toxunan Floros, "Hazırlanırıq və hazırlıq ən yaxşı üsuldur" deyib.

Eyni zamanda, o, "Biz çox güclüyük ki, kimsə bizimlə döyüşə bilməyəcək. Biz heç vaxt imkan verməyəcəyik ki, torpağımızdan bir qum dənəsi, bir qarış dəniz yox olsun. Havada və dənizdə üstünlüyümüz var”, - deyə bildirib.