Müğənni Taylanddan uşaq övladlığa götürəcək

28 Yanvar 2023 16:50 (UTC+04:00)

Taylanddan uşaq övladlığa götürmək istədiyini açıqlayaraq gündəmə gələn Ebru Polad komandası ilə Nişantaşı küçələrində gəzib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açılışdan bir gün əvvəl solaryumda yuxuya getdiyi üçün 2-ci dərəcəli yanıq olduğunu deyən 39 yaşlı müğənni çox söz-söhbətə səbəb olan uşaq açıqlaması ilə bağlı tənqidlərə cavab verib.

Müğənni bildirib ki, maddi cəhətdən hər şeyə nail olub, bircə uşaq qalıb: "Uşaq övladlığa götürmək istəyirəm, imkan olsa Taylanddan uşaq övladlığa götürərəm. Bəzi köşə yazarları “Niyə Taylanddan övladlığa götürürsünüz?” deyə soruşurlar. Mən onlara dedim ki, Taylandda olan da uşaq deyilmi?! Mən balaca, sürməyi gözlü Tayland körpəsini övladlığa götürəcəyəm, onlar çox şirindirlər. Düşünürəm ki, uşağın və insanın dili, dini, irqi yoxdur, hər uşaq övladlığa götürülə bilər".

Taylanda gedəcəyini və övladlığa götürmə yollarını axtaracağını dilə gətirən müğənni "Xüsusən də, uşaq evindən övladlığa götürmək istəyirəm" deyib.