85 avtomobil toqquşub

28 Yanvar 2023 16:13 (UTC+04:00)

ABŞ-ın Viskonsin ştatında yağan güclü qar yaşayışa mənfi təsir edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İ-39 dövlətlərarası avtomobil yolunda qar və yolun buz bağlaması səbəbiylə 85 avtomobil toqquşub.

Yol hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanarkən qəzaya düşən yük maşınlarından biri yanıb. Polis qəza nəticəsində 21 nəfərin yaralandığını və xəstəxanaya aparıldığını bildirib.

Bildirilib ki, saatlarla iş aparıldıqdan sonra yolun hərəkəti bərpa edilib.