Co Baydenin qeyd dəftərləri ələ keçirildi

28 Yanvar 2023 16:06 (UTC+04:00)

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ölkə Prezidenti Co Baydenin qeyd dəftərlərini ələ keçirib. SİA xəbər verir ki, qeyd dəftərlərinin Baydenin şəxsi evində aparılan axtarışdan sonra ələ keçirildiyi bildirilir.

Qeyd edilir ki, bəzi səhifələrdə Baydenin əvvəlki prezident Barak Obamanın administrasiyasında olduğu müddətdə vitse-prezident kimi fəaliyyəti ilə bağlı yazılar var. FTB-nin məlumatına görə, onlarda məxfi məlumatlar ola bilər.

Baydenin saxladığı qeyd dəftərlərinin sayının çox olduğu vurğulanır.