Makron Rusiya ilə bağlı açıqlama verib

28 Yanvar 2023 15:52 (UTC+04:00)

Makron Yeni Ay ili ilə əlaqədar dünən Yelisey sarayında təşkil edilən qəbulda Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Makron “Başqa vaxtlarda bəziləri məni Rusiya ilə danışdığım üçün tənqid edirdilər, mən də Rusiya ilə danışmağa davam edəcəyəm”, - deyə bildirib.

Emmanuel Makron Çinə işarə edərək, "Bu imperialist müharibəyə göz yumsaq, azad və sabit beynəlxalq nizamı kim müdafiə edə bilər?" deyib. O bildirib ki, bu sərəncama görə hamı məsuliyyət daşıyır.