Siyasətçi Quranı yenidən yandırdı

28 Yanvar 2023 14:48 (UTC+04:00)

İrqçi siyasətçi Rasmus Paludan İsveçdən sonra Danimarkanın paytaxtı Kopenhagendə Türkiyə səfirliyi qarşısında Quranı yandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Paludan Danimarka və İsveç mətbuatından reaksiya alıb. Baş verən hadisədən sonra həmin şəxslə bağlı müəyyən tədbirlərin görülməsi isə hələ də sual altındadır.