ABŞ polisinin zorakılığı

28 Yanvar 2023 14:03 (UTC+04:00)

ABŞ yenidən polis zorakılığı ilə başlayan hadisələr spiralına girib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tennessi ştatının Memfis şəhərində sürücü işləyən 29 yaşlı Tire Nikols yanvarın 7-də ehtiyatsızlıq etdiyi üçün Memfis polisi tərəfindən saxlanılıb.

Həbsə qarşı çıxan qaradərili gənc polis tərəfindən vəhşicəsinə döyülüb.

Xəsarətləri səbəbindən xəstəxanaya aparılan qaradərili gəncin 3 gün sonra çox qanaxma səbəbindən dünyasını dəyişdiyi açıqlanıb.

Bədbəxt gəncin ölümündən sonra polis zorakılığının görüntüləri ortaya çıxıb.