Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə qəzaya uğrayıb

28 Yanvar 2023 10:51 (UTC+04:00)

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Madhya-Pradeş ştatında qəzaya uğrayıb.

SİA xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilib ki, Hindistan Hərbi Hava Qüvvələrinin Qvaliordakı hərbi bazasından havaya qalxan “Su-30” və “Mirage 2000” qırıcıları təlim uçuşları zamanı qəzaya uğrayıb. Pilotların taleyi bəlli deyil.

Hadisə ilə bağlı hələ rəsmi məlumat verilməyib.