Dərinizi gözəlləşdirmək üçün BUNLARI EDİN

28 Yanvar 2023 10:27 (UTC+04:00)

Hər zaman gənc dəriyə sahib olmaq istəyən hər kəs dəri sağlamlığı üçün balanslı və nizamlı qidalanmaya diqqət etməlidir. SİA xarici mətbuata istinadən xəbər verir ki, A, E, C, D, K, B3 və B9 vitaminləri dəri sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir.

Vitamin və minerallarla zəngin qidaları istehlak etməyə diqqət yetirərək hüceyrələrinizi gənc saxlaya bilərsiniz.

Parlaq, hamar, canlı, təbii görünüşlü dəri üçün müəyyən qidaları müntəzəm olaraq qəbul etməyimiz böyük əhəmiyyət kəsb edir. Bu qidalar arasında pomidor, avokado, qoz və portağalı xüsusilə qeyd etmək lazımdır. Bunlar həm dərinin vaxtından əvvəl qırışmamasına, həm daha sıx olmasına, həm də dərinin nəmlik faizinə təsir göstərir.

Xüsusilə günəşin mənfi təsirlərindən qorunmaq və sağlam dəriyə sahib olmaq üçün qidalanma siyahısında bu qidalara mütləq yer verilməlidir.