Xırdalanda su kəsiləcək

28 Yanvar 2023 09:38 (UTC+04:00)

Magistral su kəmərində qəza baş verib.

Bu barədə SİA-ya "Azərsu"Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, baş vermiş qəza ilə əlaqədar 28 yanvar 2023-cu il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.