BMT Baş katibi İsraildəki terror aktını pisləyib

28 Yanvar 2023 09:50 (UTC+04:00)

BMT Baş katibi Antoniu Quterreş Yerusəlimdə baş vermiş terror aktını pisləyib və tərəfləri təmkinli olmağa çağırıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib Yerusəlimdə yerləşən sinaqoq yaxınlığında fələstinlinin törətdiyi, azı 7 israillinin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir”, - o bildirib.