169 min ton neft koksu ixrac olunub

28 Yanvar 2023 05:24 (UTC+04:00)

2022-ci il ölkədən 169 min ton neft koksu ixrac edilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 66 milyon 992 min ABŞ dolları olub.

Xatırladaq ki, 2021-ci il Azərbaycandan 280 min ton neft koksu ixrac edilib, həmin ixracın dəyəri 25 milyon 356 min dollar olub.