Heyvandarlıq məhsullarının istehsalında artım olub

28 Yanvar 2023 06:30 (UTC+04:00)

Ötən il Azərbaycanda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, 2021-ci illə müqayisədə ölkədə ət istehsalı (diri çəkidə) 3 faiz, süd istehsalı 1,9 faiz, yumurta istehsalı isə 9,8 faiz artıb.

Keçən il Azərbaycanda 628 min ton ət (diri çəkidə), 2264.7 min ton süd, 2018.1 min ədəd yumurta istehsal olunub.