Əməkdar artistin səhhəti ilə bağlı yeni xəbərlər yayıldı

28 Yanvar 2023 03:44 (UTC+04:00)

Sosial şəbəkələrdə Əməkdar artist Aygün Bəylərin səhhətinin yaxşı olmadığı ilə bağlı xəbərlər yayılıb. SİA-nın məlumatına görə, bununla bağlı Aygün xanımın meneceri bildirib ki, yayılan xəbərlər əsassızdır və müğənninin səhhəti yaxşıdır: "Bu nə xəbərlərdir yayılıb? Yalan xəbərlərə inanmayın və yaymayın. Aygün xanım xərçəng xəstəliyindən 5 aydır ki, sağalıb. Sənətinə davam etmək istəyir. Xəstəliyini yenidən yadına salmaq istəmir. Maraqlandığınız üçün sağ olun". Xatırladaq ki, Aygün Bəylərin ağır dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir.