Əməkdar mədəniyyət işçisi vəfat edib

28 Yanvar 2023 01:39 (UTC+04:00)

Əməkdar mədəniyyət işçisi Nəsib Məhərrəmov vəfat edib. SİA xəbər verir ki, bu barədə Şuşa Dövlət Musiqili Dram Teatrı məlumat yayıb.

Bu gün vəfat edən N.Məhərrəmov sabah Pirşağı qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Nəsib Məhərrəmov daha çox Şuşa teatrındakı fəaliyyəti ilə tanınıb.