Bu yolda hərəkət məhdudlaşdırılıb - DİQQƏT!

28 Yanvar 2023 00:50 (UTC+04:00)

Bakının Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsindəki yolda hərəkət məhdudlaşdırılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, Səbail rayonu ərazisində Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində qəzalı binanın söküntüsü ilə əlaqədər yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib.

“Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə almağı xahiş edirik”, - deyə DYPİ-dən bildirilib.