İsraildə sinaqoq yaxınlığında terror törədənin kimliyi məlum olub

28 Yanvar 2023 00:38 (UTC+04:00)

Yerusəlimdə sinaqoq yaxınlığında terror törədən şəxs HƏMAS-ın üzvü olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, terrorçu Fadi Ayeş Yerusəlimin Neve Yaakov məhəlləsində ibadətdən sonra sinaqoqdan çıxan insanlara atəş açıb.

Daha sonra terrorçu avtomobilinə minərək hadisə yerindən qaçıb. Polis terrorçunu zərərsizləşdirib.

Qeyd edək ki, terror aktı nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.