Almaniya XİN-in təmsilçisi İrandakı terroru pisləyib

28 Yanvar 2023 00:13 (UTC+04:00)

Almaniya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Qərbi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə məsul Mattias Lyuttenberq Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktı zamanı həlak olan Azərbaycan vətəndaşının yaxınlarına başsağlığı verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, o, özünün tviter hesabında diplomatik missiyaya qarşı hücumların yolverilməz olduğunu vurğulayaraq, cinayətin başvermə səbəblərinin mümkün qədər tezliklə və mükəmməl aparılmasına dair çağırış edib.