Selçuk Bayraktar: "Xain hücumu şiddətlə qınayıram"

27 Yanvar 2023 23:56 (UTC+04:00)

Qardaş ölkə Azərbaycanın Tehrandakı səfirliyinə xain hücumu şiddətlə qınayıram.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar tviter sosial şəbəkəsində yazıb.

“Şəhid olan qardaşımıza Allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirəm. Başımız sağ olsun...”, – deyə paylaşımda qeyd olunub.