Moskva Milli-Mədəni Muxtariyyəti bəyanat yayıb

27 Yanvar 2023 21:58 (UTC+04:00)

Moskva Milli-Mədəni Muxtariyyəti ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı silahlı hücumu pisləyən bəyanat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bəyanatda Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və səfirliyimizin iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktından dərin narahatlıq qeyd olunub.

Soydaşlarımız yerli və beynəlxalq ictimaiyyəti regionumuzda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, sabitlik əleyhinə yönəlmiş cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması üçün əməli addımlar atmağa çağırıb.