Səfirliyimizə qarşı terror aktı - YENİ GÖRÜNTÜLƏR

27 Yanvar 2023 21:38 (UTC+04:00)

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı bu gün edilən terror hücumu ilə bağlı araşdırmalar davam edir. SİA xəbər verir ki, baş verən qanlı olayla bağlı yeni detallar da məlum olub.

Görüntülərdən də bəlli olur ki, terror hücumu planlaşdırılmış şəkildə həyata keçirilib. Belə ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadə səfirliyimizə bir neçə dəfə hücum edib. Onun ilk hücumununun qarşısını səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev alıb və onu qapıdan çölə çıxarıb.

İkinci cəhddə isə o, maşınında gətirdiyi iri çəkiclə qapını sındırmağa çalışıb. Terrorçu “Kalaşnikov” avtomatını yerə qoyduğu da kadrlarda açıq-aşkar görünür.

Proses baş verdiyi 10 dəqiqə ərzndə heç bir polis hadisəyə müdaxilə etmir. Aydın olur ki, terror hücumu əvvəlcədən planlaşdırılılıb və İran rəsmilərinin də dediyi kimi, məişət problemindən törənən sıradan bir hadisə deyil.