Qırğızıstan XİN Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyib

27 Yanvar 2023 20:54 (UTC+04:00)

Qırğızıstanın Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı bəyanat yayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində yerləşdirilən bəyanatda deyilir: “Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyir və təhlükəsizlik xidməti rəisinin həlak olması ilə əlaqədar Azərbaycan tərəfinə başsağlığı verir və dəstəyimizi ifadə edirik. İnsidentin mükəmməl və obyektiv şəkildə araşdırılmasına və təqsirkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”.