"Ukraynaya tank tədarükü aylar çəkəcək"

27 Yanvar 2023 20:25 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya "M1 Abrams" tanklarının tədarükünun aylar çəkəcəyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq ölkəsinin Ukraynaya göndərəcəyi "M1 Abrams" tankları ilə bağlı açıqlama verib.

ABŞ-ın ehtiyatda artıq tanklarının olmadığını və Ukrayna üçün yeni tankların alınacağını bildirən Sinq "M1 Abrams" tanklarının Ukraynaya göndərilməsinin aylar çəkəcəyini bildirib.

Tankların Ukrayna Təhlükəsizliyə Dəstək Fondu (USAI) tərəfindən təmin ediləcək pulla alınacağını bildirən Sinq bu tankların təlim, baxım və texniki xidmət proseslərini müəyyən etmək üçün işlərin davam etdiyini vurğulayıb..

Qeyd edək ki, ABŞ Administrasiyası Almaniyanın Ukraynaya "Leopard 2" tanklarının verilməsi ilə bağlı narahatlığını aradan qaldırmaq üçün Ukraynaya "M1 Abrams" tankları göndərəcəyini açıqlayıb.