İtaliya səfirliyi İrandakı səfirliyimizə silahlı hücuma münasibət bildirib

27 Yanvar 2023 19:06 (UTC+04:00)

İtaliyanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu pisləyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliya səfirliyinin tviter hesabında bununla bağlı bildirilib: “Azərbaycanın Tehrandakı səfirliyinə namərd hücum bizi dərindən qəzəbləndirib. Həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Təhlükəsizlik işçilərinin çevik və cəsarətli reaksiyasına heyranlığımızı ifadə edirik”.