Litvada bəzi müəssisələrə təhdid məktubları ünvanlanıb

27 Yanvar 2023 17:54 (UTC+04:00)

Litvanın paytaxtı Vilnüsdə hava limanına, məktəblərə, gimnaziyaya və prokurorluğa bombalı hücum ilə təhdid edilən məktublar ünvanlandığı bildirilib.

SİA- Türkiyənin TRT-nin telekanalına istinadən verdiyi xəbərə görə, bu həftə dördüncü dəfə bəzi dövlət orqanları və müəssisələrə təhdid məktubları ünvanlanıb.

Vilnüs hava limanına, paytaxtdakı 5 məktəbə, şəhərin mərkəzindəki idman zalı və prokurorluğun ofisinə ünvanlanan məktublarda bombalı hücumdan söz aparılıb.

Hüquq-mühafizə orqanları isə təhdid məktubları ilə bağlı istintaq başladıb.