Basketbol üzrə qızlardan ibarət yığma komandamız təlim-məşq toplanışında - FOTOLAR

27 Yanvar 2023 17:48 (UTC+04:00)

Qızlardan ibarət U-16 yığmamız 26 yanvar - 3 fevral tarixləri aralığında Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışına cəlb olunub. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimiz, 14 nəfər heyət üzvü ilə gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Təlim-məşq toplanışı çərçivəsində bir sıra yoxlama oyunları keçirəcək qızlarımızın əsas hədəfi, 18-23 iyul tarixlərində Andorrada baş tutacaq Avropa çempionatının "C" divizionu oyunlarına hazırlaşmaqdır.