"Yəqin ki biz nə vaxtsa Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

27 Yanvar 2023 17:46 (UTC+04:00)

Qərbi azərbaycanlı şair, publisist əməkdar jurnalist, elmlər doktoru Avtandil Ağbabanın SİA-ya müsahibəsini təqdim edirik:

Ay Xınalı, Xınalı, Xınalı,

Səni ya bəy alı, ya xan alı, Xınalı,

Arpa gölü sərindir, suları çox dərindir,

Ya gözlərin şəvədir, ya şəvə gözlərindir.

Ay Xınalı, Xınalı, Xınalı,

Səni ya bəy alı, ya xan alı, Xınalı

Bu Ağbaba mahalından toplanmış bir nanaydır. Bu nanayda gözlər şəvəyə bənzədilib. Şəvə çox parlaq qapqara bir daşdır. Gözəlin gözləri də o yerlərə məxsus olan şəvəyə bənzədilib.

Eyni zamanda, Qərbi Azərbaycana məxsus tırınqı janrı var. Tırınqı qoşmanın bir növü sayılır, amma ondan fərqli olaraq mürəkkəb qafiyə sisteminə malikdir. Birinci misra necə başlayırsa, digər bəndlər də həmin misranın ilk yarısı ilə başlayır və sonuncu misra təkrar olunur. Bu, sırf regional janrdır. O regionun özünəməxsus xüsusiyyətlərini, dialektini, adət-ənənəsini özündə əks etdirən bir janrdır.