''Ukraynaya indiyədək 250 tank göndərmişik''

27 Yanvar 2023 17:38 (UTC+04:00)

Polşanın baş naziri Mateuş Moravetski Ukraynaya 250 tank göndərdiklərini açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Mateuş Moravetski Fransanın LCI telekanalına müsahibə verib.
O, deyib ki, Ukraynaya öz azadlığını müdafiə etmək üçün kömək etmək Avropa dəyərlərini müdafiə etmək deməkdir.
Ukraynaya döyüş təyyarələrinin tədarükü məsələsi gündəmə gələrsə bunun lehinə səs verəcəklərini vurğulayan Moravetski deyib:
“Ancaq bu, əlbəttə ki, yalnız NATO-nun qəbul edəcəyi qərar ola bilər”.
Moravetski vurğulayıb ki, Qərb Ukraynaya daha təkmil silahlar verərək dəstək vermək mövzusunda daha cəsarətli olmalıdır.
Polşanın Baş naziri ölkəsinin Ukraynaya silah dəstəyini davam etdirdiyini qeyd edib.
"Biz indiyədək Ukraynaya 250 tank göndərmişik. Həmçinin qarşıdakı həftələrdə ən inkişaf etmiş tanklarımızdan 60-nı da göndərəcəyik. Buna əlavə olaraq 14 "Leopard" tankı da göndərəcəyik. Beləliklə, Ukraynaya 300 tank göndərmiş olacağıq'',-deyə Mateuş Moravetski qeyd edib.