İran həmişə terror yuvası olub

27 Yanvar 2023 17:34 (UTC+04:00)

Məlumdur ki, İran dünyada terroru dəstəkləyən və həyata keçirən bir ölkə kimi tanınır. Bunu bir sıra faktlarla da sübut etmək olar. İranın terroru dəstəkləyən ölkə olmasına ən bariz nümunə onun Yaxın Şərqdə həyata keçirdiyi terror aktlarıdır. İranin bu yaxınlarda Türkiyə ərazisində terror həyata keçirmək cəhdlərinin müəyyən edilməsi və neytrallaşdırılması ilə bağlı baş verənlər bu ölkənin gercək mahiyyətini ortaya qoymuş olur. Eləcə də, bu ölkə, Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrə qarşı düşmənçilik siyasəti yürüdür, ideoloji və hərbi qarşıdurma şəraitində yaşayır. Faktiki olaraq İraq, Suriya, Yəmən, Livanda terrorun arxasında İranın durması ilə həmin bölgəni qan gölməçəsinə çevirib.İran həm də Rusiyaya silah verməsi ilə Ukrayna xalqına qarşı terror etmiş oldu. Son günlər bizim DTX tərəfindən İrana casusluq edən bir neçə dəstənin ifşa edilməsi bir daha sübut edir ki, həmin ölkənin Azərbaycanla bağlı da niyyətləri məkrlidir. Burada da zorla hakimiyyətin ələ keçirilməsini dəstəkləyir.Azərbaycan Səfirliyinə hücum və səfirliyi mühafizə xidmətinin rəhbəri olan vətəndaşımızın həlak olması bizi həddən artıq hiddətləndirmişdir və əlbəttə, Azərbaycan Respublikası rəsmi Tehrandan obyektiv araşdırma gözləyir. – Hərçənd, rəsmi Tehran bizim tanıdığımız, bildiyimiz Tehrandırsa, onun obyektiv araşdırmasına inam yox dərəcəsindədir. Hadisəni törədən Yasin Hüseynzadə İran vətəndaşıdır. Birmənalı qeyd etmək olar ki, onun İranın xüsusi xidmət orqanları, xüsusən SEPAH-la əlaqəli olduğuna dair çox böyük şübhələr var. Səfirliyimizin mühafizəçisi hücumun qarşısını almasaydı, terrorçunun qarşısına çıxmasaydı, çox güman, səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi planlaşdırılmışdı. Bu planı həyata keçirəcəkdilər. Səfirliyimizin təhlükəszilik xidmətinin rəisi şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi