"Pəhriz saxlamağa psixologiyamız hazır olmalıdır" - PSİXOLOQ DANIŞDI

27 Yanvar 2023 16:49 (UTC+04:00)

“Pəhriz saxlamaq böyük bir iradə tələb edir. Əgər həqiqətən pəhriz saxlamağa ehtiyac varsa, bu zaman insan iradəli olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, pəhriz saxlayan şəxs bu prosesi istəyərək həyata keçirmirsə, nəticəyə çatmaq çətin olacaq: “Un məmulatları, şirniyyatlara aludəçi olan insanlar var ki, onlar üçün pəhriz saxlamaq olduqca çətindir. Bu cür səbəblərə görə insanın ilk olaraq psixologiyası pəhriz saxlamağa hazır olmalıdır”.