Naxçıvanda iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

27 Yanvar 2023 16:30 (UTC+04:00)

Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin elektron informasiya resursları yeni "nagro.gov.az" və "ndim.gov.az" domen adları ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.

Bu barədə SİA-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, muxtar respublikada dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.