Səfirliyin qapısına dəfələrlə güllə açılıb

27 Yanvar 2023 16:07 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Tehrandakı səfirliklərinə silahlı basqın edildiyini, təhlükəsizlik xidmətinin rəhbərinin öldüyünü, 2 nəfərin yaralandığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı səfirliyin qapısına dəfələrlə atəş açılıb. Səfirliyin qapısındakı güllə izləri kameraya belə əks olunub.