Səfirliyə hücumda iranlı polis niyə reaksiyasız qaldı? - FOTOLAR

27 Yanvar 2023 15:55 (UTC+04:00)

Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib. SİA xəbər verir ki, hücum zamanı mühafizə müdirinin şəhid olduğu bildirilib. Hücum anının görüntüləri də ortaya çıxıb. Yeni çıxan görüntülər zamanı məlum olub ki, içəridə olan iranlı polis baş verənlərlə bağlı heç bir reaksiya göstərməyib.