Tehranın polis rəisi hücumla bağlı açıqlama verib - VİDEO

27 Yanvar 2023 11:44 (UTC+04:00)

Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama verib. SİA “Tasnim”ə istinadən xəbər verir ki, silahlı hücum edən şəxs səfirliyə iki azyaşlı uşağı ilə daxil olub. O bildirib ki, ilkin məlumata görə, hücumun səbəbi şəxsi və ailə problemləri olub. Sözügedən şəxs polis tərəfindən saxlanılıb.