Bakıda yol təhlükəsizliyinin səviyyəsi artırılıb

27 Yanvar 2023 10:30 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyi paytaxtın Mikayıl Əliyev küçəsinin Azərbaycan Britaniya Kollecinin qarşısından keçən hissəsində təhlillər aparıb, aşkar edilən problemlərin aradan qaldırılması məqsədilə təklif layihəsi hazırlayaraq icra edib.

SİA bu barədə Agentliyə istinadn xəbər verir.

Məlumata görə, layihənin icrasından əvvəl yol kəsişmələrində hərəkət növbəliliyinin təmin edilməməsi, nişan və nişanlanma xətlərinin çatışmazlığı, mübahisəli nöqtələrin mövcudluğu, piyada infrastrukturunun qənaətbəxş olmaması kimi problemlər olub. Layihənin icrasından sonra isə yol kəsişməsində işıqfor quraşdırılıb, müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib, infrastruktur işləri görülüb, yeni səki və panduslar inşa olunub, nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib.

Son nəticədə kəsişmənin buraxıcılıq qabiliyyəti artırılıb, hərəkət növbəliliyi təmin edilib, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizlik səviyyəsi artırılıb, piyada əlçatanlığı təmin olunub.

Nəqliyyat könüllüləri işıqforun iş rejimi barədə piyadalarla maarifləndirici söhbət aparıb.