Azərbaycanda qeydə alınan cinayətlərin sayı AÇIQLANIB

27 Yanvar 2023 10:11 (UTC+04:00)

“2022-ci ildə Azərbaycanda 36 494 cinayət qeydə alınıb”.

SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

K.Əliyev bildirib ki, ötən ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 36 494 cinayətin 88,2%-nin açılması təmin olunub, bu cinayətlərin 95,2%-ni prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib.