Xalq artistinin səhhətində problem yaranıb

27 Yanvar 2023 06:30 (UTC+04:00)

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb. Aktrisa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. SİA xəbər verir ki, bu barədə Allahverdiyevanın həyat yoldaşı açıqlamasında bildirib: "Naibə xanım hazırda xəstəxanadadır. Sinəsindən əməliyyat keçirib. Plastik əməliyyat deyil. Vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, Xalq artisti uzun müddət idi ki, şiddətli bel və kürək ağrılarından şikayətlənirdi.