Pike yeni sevgilisi ilə paylaşım edib

27 Yanvar 2023 06:12 (UTC+04:00)

Şakiranı aldatdığı üzə çıxan Jerar Pike yeni sevgilisi ilə paylaşım edib. SİA xarici mediaya istinadən xəbər verir ki, məşhur futbolçu Jerar Pike ilə dünya şöhrətli müğənni Şakira arasında eşq macərası yenicə bitib.

11 ildir xoşbəxt münasibətdə olan cütlüyün münasibətinin bitməsinə səbəbin xəyanət olduğu məlum olub. Məlumata görə, Şakira onu aldadan Jerar Pikeni xəyanət edərkən yaxalayıb. Daha bir hərəkət isə artıq xəyanətini gizlətməyən Jerar Pikedən gəlib. Dünyaca məşhur futbolçu ilk dəfə 22,1 milyon izləyicisi olan İnstaqram hesabında yeni sevgilisi Klara Çia Marti ilə sevgi dolu poza paylaşıb. Şəkilinə heç bir qeyd yazmayan, sevgilisini tag etməyən Pikenin bu fotosu qısa müddətdə 2 milyondan çox bəyənmə və 400 mindən çox şərh toplayıb.