Bu gündən 5 günlük qış tətili başlayır

27 Yanvar 2023 03:19 (UTC+04:00)

Bu gündən ümumi təhsil müəssisələrində 5 günlük (27-31 yanvar) qış tətili başlayır. SİA xəbər verir ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü fevralın 1-dir.

Bu, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.