AŞPA qətnamə qəbul edib

27 Yanvar 2023 02:17 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb edən qətnamə qəbul edib. SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qətnamədə deyilir ki, Moskvanın hərəkətləri “beynəlxalq hüququn prinsiplərini açıq-aşkar pozur, buna görə güc yolu ilə aparılan ərazilərin əldə keçirilməsini qanuni hesab edilmir”.

AŞPA hesab edir ki, Rusiya qoşunları Ukrayna ərazisindən onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində çıxarılana qədər təcavüz davam edəcək.

AŞPA həmçinin qeyd edib ki, Belarus Rusiyanın hücumunda iştirak edir, xüsusən də öz ərazisini Rusiya ordusu üçün tramplin kimi təmin edir.