18 milyondan çox insanın humanitar yardıma ehtiyacı var - UKRAYNADA

27 Yanvar 2023 03:10 (UTC+04:00)

BMT-nin Humanitar Fondu Ukraynanın şərqində və cənubunda əməliyyatlar üçün 50 milyon dollar ayırıb. SİA xəbər verir ki, bunu təşkilatın Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Ukraynada 18 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.

“2022-ci ildə fonda 327 milyon dollardan çox vəsait daxil olub”, - deyə BMT rəsmisi bildirib