Bakının bıçaqlanma hadisəsi baş verib

27 Yanvar 2023 02:03 (UTC+04:00)

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA xəbər verir ki, olay Binə qəsəbəsində qeydə alınıb.

Sovxoz adlanan ərazidə 1972-ci il təvəllüdlü İbadov Valeh Nuri oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb.

Yaralı qarnın ön səthinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.