Azərbaycan klublarının transferlərə xərclədiyi vəsait BƏLLİ OLUB

27 Yanvar 2023 01:07 (UTC+04:00)

Azərbaycan klublarının 2022-ci ildə transferlərə xərclədiyi vəsait bəlli olub. SİA-nın məlumatına görə, bu barədə FIFA-nın açıqladığı hesabatda bildirilib. Qeyd olunub ki, ölkə təmsilçiləri futbolçu keçidləri üçün ümumilikdə 1,5 milyon ABŞ dolları ödəyiblər.

Xatırladaq ki, ötən il Azərbaycanda 103 futbolçu transferi həyata keçirilib.