Putin Rusiya bankına IKEA ilə əlaqəli bankı almağa icazə verdi

26 Yanvar 2023 23:28 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin “Credit Europe Bank” səhmdar cəmiyyətinin IKEA ilə əlaqəli “Ikano Bank”ın nizamnamə kapitalının 100 faizinin alınmasına xüsusi icazə verib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq sərəncam cümə axşamı, yanvarın 26-da rəsmi hüquqi informasiya portalında dərc edilib.

Sənədə əsasən, Rusiyanın “Credit Europe Bank” səhmdar cəmiyyətinə “Cyrus Holding Bee”yə məxsus “İkano Bank” MMC-nin nizamnamə kapitalındakı səhmlərin 100 faizinin alınması üzrə əməliyyatı başa çatdırmağa icazə verilir.

Xatırlada ki, 2022-ci ilin oktyabrında “Ikano Bank” Rusiyada kartlarının ilin sonuna qədər dayandırılacağı barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, bankın əsası Ikano qrupu (Lüksemburq) və “Credit Europe Bank” N.V. (Hollandiya), qrupun İsveç IKEA ilə ortaq səhmdarları var. Rusiyada 2006-cı ildən kredit təşkilatı bu şəbəkənin alıcılarına, eləcə də MEGA ticarət mərkəzlərinə məhsullar təklif edir.

Nazlı Almuradova