Rusiya istehlak mallarına tələbatda antirekord vurdu

26 Yanvar 2023 23:06 (UTC+04:00)

2022-ci ildə istehlak mallarına tələbat 3,4 faiz azalıb ki, bu da 2014-2015-ci illər böhranından bəri ən böyük göstəricidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri RBC “NielsenIQ” tədqiqat şirkətinə istinadən yazır.

Nəşr qeyd edib ki, ötən ilin sonunda FMCG-mallar bazarının (Fast-Moving Consumer Good - istehlak malları) nominal artımı 13,6 faiz təşkil edib. Bununla belə, satışlar yalnız 17 faiz töhfə verən inflyasiya hesabına artıb.

Real istehlakın töhfəsi mənfi olub və -3,4 faiz təşkil edib. Bu dəyər -1,5 faiz olduğu 2015-ci ildən bəri ən yüksək göstəricidir.

Tədqiqatçılar qeyd ediblər ki, satışın azalması əhalinin real gəlirlərinin azalması ilə bağlıdır. Bu tendensiya ötən ilin, mart ayı istisna olmaqla, 11 ayı ərzində müşahidə olunub.

Ağasəf Babayev