Azərbaycanlı deputat AŞPA-nın alt komitəsinin sədri seçilib

26 Yanvar 2023 22:08 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin uşaqlar üzrə alt komitəsinin iclası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin uşaqlar üzrə alt komitəsinin sədri seçilib.