10-dan çox uşaq naməlum xəstəlikdən ölüb

26 Yanvar 2023 21:15 (UTC+04:00)

Fil Dişi Sahilinin mərkəzində yerləşən kənddə son iki ayda ən azı 12 uşaq naməlum xəstəlikdən ölüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı yerli ictimaiyyətin nümayəndələrinə istinadən "Frans Press" agentliyi xəbər yayıb.

Kpo-Kahankro kəndindəki gənclər birliyinin sədri Paul Kouassi, ölənlərin yaş həddinin 1-8 yaş arası olduğunu bildirib.

Onun sözlərinə görə, xəstə uşaqlar stupor vəziyyətinə düşürlər, bu da daha çox qusma ilə müşayiət olunur.

Qeyd edək ki, tibbi mütəxəssislər kəndə 2022-ci ilin dekabrında, ilk yoluxma hallarının öldüyü zaman baş çəkiblər.

Maraqlıdır ki, tibbi mütəxəssislərin toxuma nümunələri üçün götürülən analizlər hələ alimlərə xəstəliyin səbəbini müəyyən etmək imkanı verməyib.

Ağasəf Babayev