Rəcəb Tayyib Ərdoğan Neçirvan Bərzanini qəbul edib

26 Yanvar 2023 19:02 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərliyinin sədri Neçirvan Bərzanini qəbul edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, paytaxt Ankaradakı Prezident İqamətgahında keçirilən qəbul mətbuata qapalı baş tutub.